Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları qəbul edib

26 aprel 2022 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyan, təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə, aprel ayının 12-də güclü küləyin törətdiyi fəsadlarla, suvarmada rastlaşdıqları çətinliklərlə, ünvanlı sosial yardım ala bilməmələri, həyətyanı torpaq sahəsi verilməsi, səhətlərində olan problemlər ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

Rayon rəhbəri təbii fəlakətlər zamanı sakinlərin əmlaklarına dəymiş ziyanın ödənilməsi üçün vətəndaşlara şəxsi mülklərini sığorta etdirməyi tövsiyə edib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər