Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Üfüq Xeyriyyə” Cəmiyyəti aztəminatlı ailələrdən olan qadınların psixo-sosial problemlərinin həllində dəstək” lahiyəsi çərçivəsində tədbir keçirib

25 aprel 2022 | 16:00

Aprelin 23-də Tərtər Rayon Gənclər Mərkəzində “Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə qadınlar üçün “Məişət zorakılığının qarşısının alınması” mövzusunda tədbir keçirib.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Məmmədli çıxış edərək əvvəlcə qonaqları salamlayıb və layihənin əhəmiyyətindən danışıb.

Layihə rəhəbəri Nuriyyə Abbasova çıxış edərək layihənin regionlardan olan qadınların psixo-sosial problemlərinin həllində dəstək xidmətlərinin göstərilməsindən bəhs etdiyini bildirib. Həyata keçirilən layihə vasitəsilə aztəminatlı ailələrdən olan qadınlarla görüşlər keçirildiyini onların sosial, psixoloji və hüquqi problemləri araşdırılaraq aidiyyatı üzrə dəstək xidmətləri həyata keçirildiyini qeyd edib.

Sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nigar Ağakişiyeva çıxış edərək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihələr barəsində ətraflı məlumat verib, təlim iştirakçılarına aktiv iştirak etməyi tövsiyyə edib.

Keçidlər