Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar rayon ərazisində təmizlik və abadlıqla bağlı ümumrayon iməcliyi keçirilib
Tərtər rayonunda abadlıq işləri mütamadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları rayon sakinlər fəal iştirak ediblər.
Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Eyni zamanda Tərtər-Bərdə avtomobil yolunun kənarında yeni ağaclar əkilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aparılan abadlıq və təmizlik işləri ilə tanış olub, sakinlərlə birlikdə ağacəkmə aksiyasında iştirak edib və müvafiq tövsiyələrini verib.
İməclik tədbirləri gün ərzində keçirilib. Rayon ərazisində təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması rayonumuzun daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.