Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimi keçirilmişdir
03 avqust 2014 | 15:00
Avqustun 3-də Heydər Əliyev Mərkəzində Tərtər rayon Qaradağlı kənd sakini Məmişov İlkin Nofər oğlu ilə Şuşa şəhərindən məcburi köçkün, müvəqqəti olaraq Qaradağlı kəndində məskunlaşmış Orucova Vüsalə Azər qızının nigah mərasimi keçirilmişdir.
Nigah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.