Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

16 aprel 2022 | 16:00

Aprelin 13-də rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Rayon birinciliyində SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndəsi Asim Hüseyinov, rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, RTŞ-nin nümayəndəsi Musaməddin Qurbanov, N” saylı hərbi hissənin zabit heyəti və məktəb müəllimləri, eləcə də rayonun 30 tam orta məktəbinin komandaları iştirak edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Vətən müharibəsi iştirakçısı, Səhləbad kənd tam orta məktəbin hərbi rəhbəri Səbuhi İbrahimov "Şahin"lərin rayon birinciliyinin keçirilməsi üçün düzülüşə hazır olduğu barədə idarə rəisi Emin Pənahova raportla məruzə edib. E.Pənahov iştirakçıları salamlayaraq, yarışın keçirilmə məqsədindən danışıb. O bildirib ki, yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.

Yarışın nəticəsinə əsasən Səhləbad kənd tam orta məktəbin komandası l yeri tutaraq regional zona mərhələsində iştiraka vəsiqə qazanıb. Şəhər 5 saylı tam orta məktəbin komandası lll yeri, Dəmirçilər kənd tam orta məktəbin komandası ll yeri tutub.

Keçidlər