Tərtərdə “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib
Aprelin 13-də Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Ərazi məşğulluq filialına müraciət edən Tərtər rayonundan olan Şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi iştirakçıları iştirak ediblər.
Qarşılıqlı diskusiya şəkilində keçirilən təlimdə iştirakçılara fərdi sahibkarlıqla məşğul olmaq və peşə seçiminə dəstək olmaq üçün müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.