Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə çiyid səpininə başlanılıb

13 aprel 2022 | 16:00

Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 633 istehsalçı və “Azərpambıq” MMC tərəfindən  isə 460 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Rayonda səpinə 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Səpin işlərinin gedişi ilə tanış olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib. Qaraağacı kənd sakini 2-ci dərəcəli “Əmək” ordenli İlkin Qurbanovun və Qazyan kənd sakini Suliddin Ələkbərovun sahələrində səpin işlərinin gedişini izləyib.

Qeyd edək ki, 2021-ci ildə Tərtər rayonunda 3440 hektar sahədə pambıq becərilib və hər hektardan 31,1 sentner olmaqla, 10701,5 ton məhsul tədarük edilib.

 

Keçidlər