Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhərin Molla Pənah Vaqif küçəsində aparılan əsaslı təmir işləri ilə tanış olub

09 aprel 2022 | 16:00

2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.

Şəhərin Əli İsmayılov, Teymur Rəhimov küçəsinin əsaslı təmiri və Mübariz İbrahimov küçəsində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.

Hazırda Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Molla Pənah Vaqif küçəsində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.

Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər