Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda su ehyiyatlarından səmərəli istifadə edilməsi mövzusunda tədbir keçirilib

07 aprel 2022 | 16:00

“Su ehyiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbir haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın  mart ayında keçirilən 17-ci iclasının (onlayn) qərarına əsasən Kür çayının və onun qolları üzrə su obyektlərindən xüsusui məqsədlər üçün istifadəyə icazələrin alınması ilə bağlı sənədləşdirmə işlərinin başa çatdırılması və nəticəsi barədə məlumatın komissiyaya təqdim edilməsi tapşırılmışdır.

Bu məqsədlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi Dilavər Lətifov, Dövlət Ekologiya Ekispertiza Agentliyinin aparıcı mütəxəsisi Elsəvər Abbasov, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri  İsrafil Paşayev, Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı İltifat Zamanov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,  “Azmelsutəsərrüfat” və “Azərsu” ASC-lərin rayonda fəaliyyət göstərən idarələrinin rəhbərləri ilə birlikdə məsələni müzakirə etmiş, sonra inzibati ərazi dairələri üzrə nümayəndlərin, bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çıxış edərək rayonun yaşayış mənətəqləri üzrə Tərtər çayı hövzəsində su obyektlərinin nəzarətdənkənar istifadənin aradan qaldırılması, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə sənədinin alınması, sənədləşdirmə işlərinin aparılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, müəyyən edilmiş suvarma su rejiminə riayət olunması, suvarma suyunun əkin sahələrinə ədalətli bölünməsi, növbəlik prinspinə əsasən verilməsi, əkin sahələrinə tələb olunan suyun sifarişinin formalaşdırılması, su israfçılığının qarşısının alınması ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə yaradılan işçi qrupunun vəzifələri haqqında məlumat vermiş, mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə etmək tövsiyə olunmuş, icra nümayəndələrinə, bələdiyyə sədrlərinə əhali arasında maarifləndirmə işləri aparmaq tapşırılmışdır.

Keçidlər