Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları qəbul edib

05 aprel 2022 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları  qəbul edib. Rayon rəhbəri əvvəlcə şəhid ailələri və qazilərin müraciətlərini  dinləyib və problemlərini həll edib.

Qəbula gələn digər vətəndaşlardan  Yasin Hüseynov, Zülfüqar Quliyev,  Mərdan Allahverdiyev, Durrə Hümbətova Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi,  Savalan Kərimli həyətyanı torpaq sahəsi, Abil Əbdüləzimov,  Gülbəniz Mənsimova, Aygün Ağalarova,  Mayis Vəliyev, Lətafət Qasımova, Zeynəb Mahmudova, Elza Allahverdiyeva  işlə təmin olunma, Kifayət Babayeva, Ramiz Həsənov, Məhbubə Əliyeva evlərində apardıqları təmir işlərinə köməklik göstərilməsi ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

İşlə bağlı müraciət edən vətəndaşlara qəbulda iştirak edən Qarabağ Məşğulluq  Filialının nümayəndəsi tərəfindən vakant iş yerləri təklif edilib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər