Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib

05 aprel 2022 | 16:00

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə aprelin 2-də Ağdam, Tərtər və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.

Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.

Keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Layihə çərçivəsində, həmçinin zəruri dərman vasitələri ilə təmin olunan xəstəlik aşkarlanmış şəxslərin növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və ehtiyac olduqda cərrahi əməliyyatları təmin ediləcək.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və qazilər xüsusi ayrılmış avtobusla Quzanlı qəsəbəsinə aparılmış və tibbi aksiyaya qatılmaları təşkil edilmişdir.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər