Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi mövzusunda müşavirə keçirilib

02 aprel 2022 | 16:00

Aprelin 2-də Tərtər rayonunda Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi mövzusunda müşavirə keçirilib. Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Tərtər rayonunun respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. Həmçinin yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Tədbirdə Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov, Əmlak Məsələlələri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Sektor müdiri Natiq Əliyev, fermer 1-ci dərıcəli “Əmək” ordenli Fazil Vəliyev, sahibkar 3-ci dərıcəli “Əmək” ordenli Zəfər Nəsirov, fermer “Tərəqqi” medallı Habil İbrahimov və digərləri çıxış edərək bu sahədə mövcud olan problemlərdən danışmış, arzu və təkliflərini bildirmişlər.

Müzakirələrdə qarşıya çıxan çətinlik və problemlərin həlli istiqamətində əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib, səsləndirilən təkliflər qeydə alınıb.

Keçidlər