YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 21-ci ildönümü qeyd edildi
YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbir Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoymaqla başladı. Toplantıda rayonun idarə və müəssisələrinin rəhbərləri, aparat işçiləri, təhsil, səhiyyə və mədəniyyət sahələrinin nümayəndələri və partiya fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov toplantı iştirakçılarını təşkilatın yaranmasının 21-ci ildönümü münasibətilə təbrik etdi.
Sonra geniş məruzə dinlənildi.
Məruzə ətrafında şəhər 6 saylı tam orta məktəbin müəllimi Zülfiyyə Abdullayeva, Zolgörən ərazi ilk partiya təşkilatının sədri Firdovsi Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Yadigar Səfərov çıxış etdilər. Məruzə və çıxış edənlər göstərdilər ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sayəsində hərtərəfli inkişaf edən bir dövlətin bundan sonra da etibarlı əllərdə olduğunu, müstəqilliyimizin əbədiləşdirildiyini bilir, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək, inamla irəli addımlayır.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək bildirdi ki, Ulu Öndər tərfindən yaradılmış Yeni Azərbaycan Partiyası öz siyasəti ilə öndə olan partiyadır. Bu partiya xalqın partiyasıdır. Odur ki, hər birimiz onun siyasətinin həyata keçirilməsində mübariz olmalıyıq.
Başçı partiya təşkilatının hər bir üzvünü və tədbir iştitrakçılarını YAP Tərtər Rayon Təşkilatının 21-ci ildönümü münasibəti ilə təbrik etdi və 2 nəfər partiya fəalına təşkilatın fəxri fərmanını və 5 nəfər gəncə partiya üzvülüyü vəsiqəsini təqdim etdi.
Tədbiri YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yekunlaşdırdı.