Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək

29 mart 2022 | 16:00

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 31-də saat 11:00-da Bərdə şəhərindəki Bərdə Peşə liseyinin binasında Bərdə və Tərtər rayonları sakinlərinin qəbulunu keçirəcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı martın 30-da Bərdə Peşə Liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az .

Keçidlər