Milli mətbuat və Jurnalistika günü qeyd olundu
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Yeni Tərtər” qəzetinin əməkdaşları ilə görüşmüşdür. Rayon rəhbəri əvvəlcə mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, mətbuatın ictimai-siyasi həyatın güzgüsü olduğunu vurğulamış, Umummilli lider Heydər Əliyevin senzuranı ləğv etməklə mətbuatın inkişafının sürətləndirilməsindən, respublika prezidenti cənab İlham Əliyevin KİV-lərə göstərdiyi diqqət və qayğıdan, jurnalistlərin qayğılarının, problemlərinin həllindən ürəkdolusu danışmışdır.
Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif qəzetin kollektivi adından respublika prezidentinə və rayon rəhbərinə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən “Yeni Tərtər” qəzetinin əməkdaşlarına rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri fərman və pul mükafatı təqdim olundu.
Mətbuat işçiləri bayram tədbirini redaksiyada çay süfrəsi arxasında davam etdirdilər.