Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Gənclər narkomaniyaya yox deyir mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 mart 2022 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını qeyd edən Elçin Qasımov bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər