Tərtərdə yerləşən hərbi hissələrdə Novruz şənlikləri davam edir
Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bayram tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxunub.
Tədbirdə şıxış edən Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Fuad Məmmədov əvvəlcə hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırıb. Hərbi hissənin şəxsi heyyətinə çətin və şərəfli xidmətlərində uğurlar arzuladı. Bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Zabil Paşayev Novruz Bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun təbrikini əsgər və zabitlərə çatdırıb, Onlara çətin və şərəfli xidmətlərində uğurlar diləyib. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Bayram şənliyi Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verildi.