Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin I yarımilinə yekun vuruldu

15 iyul 2014 | 15:00

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə rəhbərinin nitqi ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə” rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı olmuşdur. Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov açaraq toplantı iştirakçılarını yığıncağın reqlament ilə tanış etmiş, sonra məruzə etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev məktəbinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə sürətlə inkişaf edir, öncül ölkələrdən biri kimi tanınır, yeni-yeni nailiyyətlərə imza atır. Məruzəçi Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində 2014-cü ilin birinci yarısının Tərtər rayonu üçün də uğurlu olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 2014-cü ilin birinci yarısında ümumdaxili məhsulun həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 4.2 milyon manat və yaxud 12.5 faiz çox olmuşdur. Ümumdaxili məhsulun 87.1 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.

Rayon üzrə orta  aylıq əməkhaqqı 216.5 manat təşkil etmişdir.
2014-cü ilin 6 ayında əhalinin pul gəliri 95.6 milyon manat olmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 2.2 milyon manat və ya 2.4 faiz çoxdur.
Adambaşına (hər nəfərə) pul gəlirləri 1223.3 manat olmuşdur ki, bu da 2013-cü ilin 6 ayına nisbətən 22.5 manat və ya 1.9 faiz çoxdur.
2014-cü ilin 6 ayında pərakəndə və əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi 69.9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz və yaxud 3.8 milyon manat çoxdur.
Hesabat dövründə ümumilikdə 31.6 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2.6 faiz çoxdur.
Əhalinin suvarma suyuna olan təlabatını ödəmək üçün susuzluqdan əziyyət çəkən kəndlərdə 31 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. 6 ay ərzində 13 subartezian quyusu qazılıb istifadəyə verilmişdir.
2014-cü ilin 6 ayında rayonun büdcə gəlirləri 8 milyon 151 min 560 manat, büdcə xərcləri 7 milyon 341 min 554 manat olmuşdur.
Rayonda 3 bank filialı, 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə  Fondunun rayon şöbəsi tərəfindən 10082 nəfər pensiyaçıya 9.7 milyon manat vəsait ödənilmişdir.
2014-cü ilin birinci yarımilində bütün maliyyə mənbələri hesabına rayonda kapital qoyuluşunun həcmi 9.8 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.2 milyon manat və ya 13.4 faiz çoxdur.
Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz istismarı sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.
Qazyan, Borsunlu kənd tam orta və Rəcəbli kənd ümumi orta məktəbinin əsaslı təmir işləri başa çatmışdır.
Rayonda Olimpiya İdman Kompleksinin tikintisinə start verilmişdir.
Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir. 
Respublika Prezidentinin Sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır.
Şəhərin Nizami, V. Hüseynov və Ə. Paşayev küçələrində yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, ərazi təmizlənib genişləndirilmiş, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır. Hər üç küçədə “Nümunəvi məhəllə” yaradılır. Təmizlənmiş sahədə yaşıllaşdırma işləri aparılır, uşaqlar üçün əyləncə mərkəzi yaradılır.  Nizami küçəsində beşmərtəbəli yaşayış binalarının həyətinin təmizlənib genişləndirilməsi nəticəsində 1.7 hektar sərbəst ərazi yaradılmışdır ki, burada mini futbol meydançası inşa edilir, ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar salınmışdır

2014-cü ilin birinci yarımilində əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların istismarı nəzarətdə saxlanılmışdır. Şəhərin S.Vurğun və R. Kərimov küçələrində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusu qazılmışdır.
Cəmilli, Seydimli və Balakəngərli kəndlərinin hər birində küçələrə su xətti çəkilmiş, 23 bulaq tikilmişdir. Borsunlu kəndində 1 ədəd subartezian quyusu qazılmış, 3 ədəd 25 kubmetrlik su çəni quraşdırılmışdır. 287 nəfər abonentin hər birinə su xətti çəkilmişdir.
2014-cü ilin 6 ayı ərzində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilir.
Rayon əhalisinin 33.5 faizi qazla təmin edilmişdir. Dövlət Proqramına uyğun olaraq digər kəndlərin qazlaşdırılması davam etdirilir. Ümumi satışın ödənişi 96.8 faiz təşkil etmişdir.
2013-2014-cü tədris ilində rayon üzrə tam orta məktəbi bitirən 648 nəfər attestat, 897 nəfər isə ümumi orta təhsil haqda şəhadətnamə almışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçirilən inşa-yazı müsabiqəsində şəhər  2 saylı məktəb-liseyin şagirdi Nəcəfli Məcid Vüqar oğlu respublika turunda II yeri tutmuşdur.
Şagirdlərin ali hərbi  və Cəmşid Naxçıvanski adına liseyə qəbulu isgtiqamətində tədbirlər davam etdirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində 14 nəfər ali hərbi məktəblərə, 70 nəfər mərkəzləşmiş qaydada C.Naxçıvanski hərbi liseyə sənəd vermişdir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev mərkəzində 34 tam orta məktəbin 661 nəfər XI sinif şagirdi 2014-cü ilin fevral-may aylarında dərslərdə iştirak etmişdir. Keçirilən dərslər ulu öndərin siyasi irsinin öyrənilməsində müstəsna rol oynamışdır. İki akademik saat keçirilən dərslərdə mühazirə oxumaq üçün xüsusi hazırlığa malik 15 nəfər təcrübəli və nüfuzlu tarix müəllimləri tərəfindən mühazirələr oxunmuşdur. Dərslərin gedişi kütləvi informasiya vasitələrində vaxtaşırı işıqlandırılmışdır.
Hesabat dövründə rayonda 4 xəstəxana, 14 həkim və 22 tibb məntəqəsi əhaliyə tibbi xidmət göstərmişdir.
Mərkəzi rayon xəstəxanasına 100.8 min manatlıq dərman preparatları verilmişdir. Respublika Prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayının 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonda yüksək səviyyədə əməl olunmuşdur. Lazımi hazırlıq işləri görüldüyündən və qüvvələr səfərbər edildiyindən göstərilən müddətdə 57382 nəfər tibbi müayinədən keçmiş, 5842 nəfər ambulator, 158 stasionar müalicəyə qəbul olunmuş, 48 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
2014-cü ilin birinci yarısında rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən əhaliyə göstərilən mədəni maarif xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.
2014-cü ilin birinci yarımilində gənclərlə işin yaxşılaşdırılması, ordu sıralarına çağırışın mütəşəkkil həyata keçirilməsi, gənclərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi və idmana marağın artması diqqət mərkəzində saxlanılmışdır.
Tədbirlər planına uyğun olaraq idmanın müxtəlif növləri üzrə 20 yarış keçirilmiş, yarışlarda 2501 nəfər iştirak etmişdir. İlin birinci yarısında Gənclər və idman idarəsi tərəfindən gənclər üzrə 23, idman üzrə 26 tədbir keçirilmiş və bu tədbirlərdə 3655 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzəsinin sonunda tərtərlilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətlə bildirmişdir ki, daim dövlətə və dövlətçiliyə sadiq olan tərtərlilər bundan sonra da müstəqil Respublikamızın günü-gündən inkişafı və tərəqqisi naminə əlimizdən gələni əsirgəməyəcəklər.

Sonra məruzə ətrafında polis şöbəsinin rəisi Rauf Məcidov, maliyyə idarəsinin rəisi Zahid Təhməzov, təhsil şöbəsinin müdiri Aydın Qarayev, Qaz İstismarı idarəsinin rəisi Şubay Nəsibov, Sukanal idarəsinin rəisi Elnur Abbasov, Suvarma Sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Elektrik Şəbəkəsinin rəisi Sarvan Məmmədov çıxış etmişlər.

Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev də çıxış edərək öz tövsiyyələrini vermişdir.

Hesabat yığıncağında qərar layihəsi təsdiq edilmişdir.

Keçidlər