Tərtərdə ilaxır çərşənbəsi qeyd olunub
15 mart 2022 | 16:00
Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qarşılanıb.Bayram münasibəti ilə Mərkəzi Meydanda çatılan tonqalı Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov alovlandırıb. Rayon rəhbəri sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb.
Qeyd edib ki, bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi” kimi də tanınır. Torpağın oyanışını tərənnüm edən ilaxır çərşənbə təkcə təbiətin deyil, həm də insanlarda yeni arzuların yaranmasının,niyyətlərin saflaşmasının göstəricisi hesab olunur.
Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.