Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Vətən müharibəsində qələbəmizin təbliği” adlı tədbir keçirildi.

12 mart 2022 | 16:00

09 mart 2022-ci il tarixdə Gənclər mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nail Şəfizadə, Əsgər Ailələrinə Dəstək İctimai birliyinin sədri Mətanət Əsgərqızı, həmçinin qazilər və gənclər iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd şəhid ailələrinin və qazilərin problemlərinin həllində köməklik etmək, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdən ibarət olmuşdur.

Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra RİH-nin nümayəndəsi Nail Şəfizadə tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, dövlət  tərəfindən şəhid ailələrinə, qazilərə daim yüksək səviyyədə qayğı göstərilir. Həmçinin rayon rəhbərliyi səviyyəsində mütəmadi olaraq bu tipli tədbirlər  təşkil edilir, görüşlər keçirilir. Çıxışının sonunda N.Şəfizadə layihənin rayonumuzda təşkil edilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Sonra layihə rəhbəri Mətanət Əsgərqızı iştirakçılara  layihə barədə məlumat verərək, qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində qələbəmizin təminində Azərbaycan zabiti, əsgəri böyük qəhrəmanlıq nümunələri yaratdılar. Eyni zamanda şanlı qələbəmizin memarı xalqımız və onun Müzəffər Ali Baş Komandanı oldu.

Yekunda  tədbir iştirakçılarına “Sınan arzular” adlı sənədli film nümayiş etdirildi.


 

Keçidlər