Tərtər rayon icra hakimiyyətinin başçısı Xocalıdan olan ailələrlə görüşdü
Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatında rayonumuzda müvəqqəti məskunlaşmış 18 Xocalı ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı xocalılarla səmimi söhbət zamanı bildirib ki, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılması Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olan məsələdir.
Rayon rəhbəri bildirib ki, əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq. Biz, iki ildir Xocalı hadisələrini qeyd edərkən, bir təskinlik də tapırıq. Çünki Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz cinayətkarların cavabını döyüş meydanlarında verdi, qisas qiyamətə qalmadı, böyük və şanlı zəfər gününü yaşadıq.
Sonra Yeni Azərbaycan partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək Xocalı faciəsi qurbanlarından danışıb, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyiblər.
Tədbirdə Xocalıdan olan ailələrə ərzaq yardımı verililib. Xocalılar Vətən müharibəsində qazanılan Qələbəyə və onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.