İcra başçısı şəhid Xəyal Aslanovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir.
İcra başçısı növbəti dəfə şəhid Xəyal Aslanovun ailəsində olaraq, onun valideynləri ilə görüşüb, şəhid ailəsinin durumu ilə maraqlanıb, onlara Xəyal kimi vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib.
Rayon rəhbəri bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.
Rayon rəhbəri şəhidin atası Qüdrət Aslanovu 60 illik yubileyi münasibəti ilə də təbrik edib.
Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.