Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş rayon çempionatı keçirilib

23 fevral 2022 | 16:00

23 yanvar 2022-ci il tarixdə “Xocalı faciəsi”nin 30-cu ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının, Tərtər rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində ümumtəhsil məktəbblərinin şagirdləri arasında şahmat üzrə rayon çempionatı keçirilmişdir. Yarışa 8-10, 10-12, 12-14, 14-16 yaş qrupları üzrə 66 şagird qatılmışdır.

Tədbirdə əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov , Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının əməkdaşı Kamil Məmmədov və Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək xalqımıza qarşı törədilən erməni qətliamından, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra turnirə start verilib və yarış Olimpiya sistemi əsasında həyata keçirilib. Sonda 27 nəfər qaliblər Tərtər rayon Təhsil şöbəsinin diplomları ilə təltif olunublar.

Keçidlər