Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ictimaiyyətə təqdim olunub

22 fevral 2022 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının 19 fevral 2022-ci il tarixli 18 nömrəli sərəncamı ilə Umudov Elvin Natiq oğlu Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Elvin Umudov 2010-cu ildən Tərtər Rayon İcra hakimiyyəti başçısı aparatında Mülkü Müdafiə Qərargahının inspektoru kimi iş fəaliyyətinə başlayıb. Sonradan rayon icra hakimiyyəti başçısının köməkçisi, rayon Gənclər və İdman idarəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı rəhbəri vəzifələrində çalışıb.

Təyinatla bağlı rayon icra hakimiyyətində Elvin Umudovun təqdimat mərasimi keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını sərəncamla tanış edib, Elvin Umudova fəaliyyətində uğurlar diləyib.

Təqdimat mərasimində YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Tərtər rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov, Tərtər şəhər Cümə məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, rayonun Səhləbad kənd İƏD üzrə nümayəndəsi Cəbrayıl Yusifov və başqaları çıxış edərək yeni təyinat almış birinci müavinə öz xoş arzularını bildiriblər.

Elvin Umudov çıxış edərək, ona göstərilən ehtimada görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını edib, göstərilən etimada layiq olacağını bildirib.

Keçidlər