Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirilib

21 fevral 2022 | 16:00

21 yanvar 2022-ci il tarixdə “Xocalı faciəsi”nin 30-cu ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının, Tərtər rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqəyə rayonun 44 ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar.

Əvvəlcə azadlığımız,müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov , Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək xalqımıza qarşı törədilən erməni qətliamından, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri 23-24 fevral tarixlərində müəyyən ediləcək. Qaliblər rayon təhsil şöbəsinin diplomları ilə təltif ediləcəklər.

Keçidlər