Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onuncu ildönümü münasibəti ilə tədbir keçirildi
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov rayon rəhbəri Müstəqim Məmmədovun adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşlarını təbirik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Digər çıxış edənlər də rayon bölməsinin əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıblar. Qeyd ediblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə xidmətdə fərqlənən Tərtər rayon şöbəsinin bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.