Sarıcalı kəndində səyyar qəbul-görüş keçirilmişdir
İyulun səkkizində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Sarıcalı kəndində Sarıcalı, Buruc, Gülabatlı kənd sakinləri ilə səyyar görüş – qəbulu olmuşdur. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, xidmət idarə və müəssisələrinin rəhbərləri KİV nümayəndələri iştirak etmişlər. Qəbulda Sarıcalı kənd İƏD üzrə nümayəndə Ədalət Abbasov çıxış edərək rayon icra hakimiyyəti başçısını salamlamış, kəndin sosial-iqtisadi inkişafı və mövcud problemlər haqqında məlumat vermişdir. Sonra Qiyas Səfərov, Nüşabə Babayeva, Zabil Ağayev, Vüqar Şükürov, Ramiz Yusibov, Aydın Temurov, Zeynal Həsənov, İsa Yaqubov, Kamil Həsənov, Bəhman Mustafayev, Xasay İbrahimov, Çimnaz Nuruyeva çıxış edərək kənd sakinlərinin içməli su problemi, Buruc kənd məktəbin təmir olunması, uşaq bağçasının təmiri, və digər məsələlərlə bağlı təklifər irəli sürdülər.
Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.