Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə gənclər gününə həsr olunmuş boks yarışı keçirilib

02 fevral 2022 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilən “Gənclər həftəsi” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan gəncləri günü”nə həsr edilmiş boks idman növü üzrə müxtəlif çəki qruplu yeniyetmə idmançılar arasında Tərtər rayon birinciliyi keçirilib.

Əvvəlcə Tərtər rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək idmançılara uğurlar arzulamış, “2 fevral – Azərbaycan gəncləri günü”nün Ulu Öndər Heydər Əliyev siyasəti ilə birbaşa bağlı olduğunu vurğulamış, bu günə qədər dövlətin gənclər siyasəti istiqamətində gördüyü işlərdən – Dövlət proqramlarından, qanun və qərarlardan, eləcə də gənclərə olan dövlət qayğısından ətraflı bəhs edərək yarışı açıq elan etmişdir.

Maraqlı mübarizə əzmində keçirilən yarışın yekununda qaliblər Tərtər rayon Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olunmuşlar.

Keçidlər