Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərinin küçələrində təmir-abadlıq işləri davam edir

31 yanvar 2022 | 16:00

2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Hazırda Əli İsmayılov, Teymur Rəhimov küçələri boyunca istinad divarlarının fasad hissələrinin təmir işləri davam etdirilir. Küçələrdə kommunikasiya xəttləri qaydaya salınır, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Ardıcıl olaraq Molla Pənah Vaqif, Nəsimi, Mübariz Kərimov və Vasif Hüseynov küçələrində də əsaslı təmir işləri aparılacaq.

Şəhərin Mübariz İbrahimov küçəsində isə asfaltlanma işləri başa çatıb.

Artıq Tərtərdə quruculuq təmir-bərpa işləri davamlı xarakter alıb. Sakinlər görülən işlərdən razı qalır, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər