Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub

28 yanvar 2022 | 16:00

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.

Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiyadan keçməsini həyata keçirir. İndiyədək rayon sakinlərinə 106 min 286 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 45 min 213, II mərhələ üzrə peyvənd olunanların sayı 40 min 108, Buster doza üzrə peyvənd olunanların sayı 20 min 415 və revaksinasiya olunanlar isə 550 nəfərdir.

Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Əziz vətəndaşlar Sizləri hər birimizin, yaxınlarımızın və ümumilikdə xalqımızın sağlam gələcəyi naminə koronavirus pandemiyası kimi olduqca təhlükəli xəstəliklə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin bütün tələblərinə ciddi riayət etməyə, vaksinasiya prosesində fəal iştirak etməyə dəvət edirik.

 

Keçidlər