Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri vətəndaşları qəbul edib

18 yanvar 2022 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl edərək əvvəlcə şəhid ailələri, qaziləri sonra isə digər vətəndaşları qəbul edib. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində vətəndaşların bəzi problemləri yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula  gələn vətəndaşlar  Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti  işlərinin gecikdirilməsi, icarəyə torpaq götürmək, işlə  təmin olunma, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbulda vətəndaşlar  göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər