18 may – Beynəlxalq Muzeylər Günüdür
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Dövlət Rəmzləri Muzeyində “Açıq qapı günü” keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəliyinin, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, məktəblilər, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub, dövlət atributlarımızın yaranma tarixi, onların milli-mənəvi dəyərlərimizdəki yeri və əhəmiyyəti barədə ətraflı məlumat alıblar.
“Açıq qapı günü” çərçivəsində ziyarətçilər muzeyə sərbəst baxış keçirərək, dövlət rəmzlərimizin tarixi və mahiyyəti haqqında geniş məlumat əldə ediblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxdıqdan sonra dəyirmi masa ətrafına yığışıblar.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək,muzeylərin xalqımızın zəngin tarixi, mədəni irsi və dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə muzeylərin fəaliyyəti və mədəni irsin qorunması daim diqqət mərkəzində saxlanılır.
Sonra YAP rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev,Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev və Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova Beynəlxalq Muzeylər gününün qeyd olunması ilə bağlı çıxış ediblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.






