Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar faciəsi”nin 32-ci ildönümü ərəfəsində Tərtərdə şagirdlər arasında şahmat üzrə rayon çempionatı keçirilib

17 yanvar 2022 | 16:00

“20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilir. 17 yanvar 2022-ci il tarixdə , Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər rayon Təhsil şöbəsinin , Tərtər rayon Gənclər və  İdman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində ümumtəhsil məktəbblərinin şagirdləri arasında şahmat üzrə rayon çempionatı keçirilmişdir. Yarışa 8-10, 10-12, 12-14 yaş qrupları üzrə üzrə ümumilikdə 52 şagird qatılmışdır.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov və Tərtər rayon Gənclər və İdman idarəsinin rəis müavini  Şəhram Quliyev çıxış edərək çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra turnirə start verilib və yarış Olimpiya sistemi əsasında həyata keçirilib. Qeyd olunub ki, 18 yanvar tarixində final mərhələsi yekunlaşacaq. Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomları ilə təltif ediləcəklər.

Keçidlər