Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları qəbul edib

11 yanvar 2022 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula  gələn vətəndaşlar  Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti  işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürmək, işlə  təmin olunmaları, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 4 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib.

Şəhid Mehdi Məmmədovun atası Sarıcalı kənd sakini Elçin Məmmədov şəhid ailələri adından onların ailələrinə  göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər