Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə indiyədək vətəndaşlara 100 min 929 doza vaksin vurulub

08 yanvar 2022 | 16:00

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Tərtər rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin vaksinasiyasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 100 min 929 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 44 min 855, ikinci doza üzrə vaksinasiya olunanların sayı 39 min 714 nəfər, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 16 min 360 nəfərdir. Tərtər rayonunda qeydiyyatda olan 18 yaşdan yuxarı əhali üzrə birinci doza üzrə vaksinləşmə səviyyəsi 67 faiz təşkil edir.

Əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində sakinlər vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış massivlərindəki tibb məntəqələrinə müraciət edirlər. Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər