Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir

03 iyul 2014 | 15:00

İyulun 2-də rayonun Gənclər Mərkəzində 2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Sonra tədbir mərkəzinin akt zalında davam etmişdir. Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi Rauf Məcidov tədbir iştirakçılarını salamlamış, polis işçilərini peşə bayramı münasibəti ilə təbrik etmişdir.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bütün polis işçilərini təbrik etmişdir.

Qeyd etmişdir ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçmiş, Daxili İşlər Orqanının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizin məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov tərəfindən xidmətdə fərqlənən bir neçə polis işçisinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr  təqdim edilmişdir.

Keçidlər