Tərtər şəhərinin küçələrində asfaltlanma və abadlıq işləri aparılır
Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Bu inkişaf yolların yenidənqurulmasında da özünü qabarıq şəkildə göstərir. İri şəhərlərlə yanaşı regionlarda da kənd və qəsəbələri birləşdirən yollarla yanaşı yaşayış məntəqələrinin daxili yolları da yenidən qurulur. Bu Tərtər rayonunun timsalında da özünü qabarıq şəkildə göstərir.
Belə ki, 2021-ci ildə Tərtər şəhərinin Əli İsmayılov, Mübariz Kərimov, Qara Qarayev, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov, Vasif Hüseynov küçələri, Nizami Gəncəvi küçəsinin 5 nömrəli döngəsi asfaltlanmış, hazırda Firidun bəy Köçərli küçəsində asfaltlanma işləri aparılır.
Şəhərin Heydər Əliyev prospektində, Teymur Rəhimov, Nizami Gəncəvi, Mübariz Kərimov və Əli İsmayılov küçələrində divarların aqlay və bəzək daşları ilə üzlənməsi işlərinə başlanmış, ardıcıl olaraq İmadəddin Nəsimi, Molla Pənah Vaqif və Vasif Hüseynov küçələrində də divarların aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılacaqdır.
Sakinlər görülən işlərdən - küçələrin asfatlaşdırılması və təmir-bərpa işlərindən razılıqlarını ifadə edərək Respublika Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.