Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib

14 dekabr 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Şəhid ailələri, qazilər növbədən kənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula  gələn vətəndaşlar  Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti  işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürmək, işlə  təmin olunmaları ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər