Əsgərlərlə görüş keçirilmişdir
İyunun 25-də 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə “Xocalı Soyqırımını Tanıma”, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliklərinin və Tərtər rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsgərləri və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir. O, Azərbaycan Ordusunun gücünün və qüdrətinin daha da artdığını və torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu demişdir.
Tədbir rayon Mədəniyyət evinin musiqi kollektivinin konsert proqramı ilə davam etdirilmişdir.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, "Xocalı Soyqırımını Tanıma" və "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birlikləri tərəfindən hərbi xidmətdə fərqlənən əsgərlərə qiymətli hədiyyələr təqdim olunmuşdur.