Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəbliləri qəbul edib

13 dekabr 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika  Forumunda iştirak edən Tərtər rayonundan seçilmiş məktəbliləri qəbul edib. Forumda Umudlu kənd tam orta məktəbin 9-cu sinif şagirdi Zeynalzadə Nilufər Aqşin qızı, 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Bayramlı Aişə Rəşad qızı və 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əlizadə Əfşanə Zaur qızı iştirak ediblər.

İcra başçısı məktəbliləri salamlayaraq bildirib ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə uşaqların hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə əlaqədar təşəbbüslərlə çıxış edərək təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-2017-ci illər ərzində Azərbaycan uşaqlarının dörd ümumrespublika forumunu keçirmişdir. Növbəti V forum isə bu il noyabr ayının 18-də keçirilib.

Sonda rayon rəhbəri Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün məktəblilərə öz minnətdarlığını bildirib, onlara Komitə tərəfindən göndərilmiş sertifikatları təqdim edib.

Keçidlər