Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu

10 dekabr 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun  Qaynaq  kəndindən olan Məhərzadə Taleh Oqtay oğlununun ad günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Məhərzadə taleh Oqtay oğlu 1995-ci il dekabrın 10-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Sentyabrın 28-də Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda" və  "Laçının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

 

Keçidlər