Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidinin ad günü qeyd olundu

02 dekabr 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Yenikənd  kəndindən olan Qasımov Azər Yaqub oğlununun ad günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları təltif ilə olunub.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər