Tərtərdə Vətən müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdahil oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əhmədzadə Mürşüd Müdahil oğlu 2000-ci il aprelin 1-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 27-də onun nəşi tapılaraq Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Şəhid Əhmədzadə Mürşüd 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.