Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilmişdir

25 iyun 2014 | 15:00

Sarıcalı kənd İƏD-i üzrə nümayəndəliyin Zolgəran kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş – qəbulu olmuşdur. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, xidmət idarə və müəssisələrinin rəhbərləri KİV nümayəndələri iştirak etmişlər. Qəbulda Sarıcalı kənd İƏD üzrə nümayəndə Ədalət Abbasov çıxış edərək  rayon icra hakimiyyəti başçısını salamlamış, kəndin sosial-iqtisadi inkişafı və mövcud problemlər haqqında məlumat vermişdir. Sonra Zona Təcrübə Stansiyasının direktoru Mehman Babayev, Zolgəran kənd ümumi orta məktəbin direktoru Ədibə Mustafayeva, kənd ağsaqqalı Səttar Muradov, kənd sakinləri İman Əliyev, Firdovsi Hüseynov, Mayıl Məhərrəmov, Azər Şironov, Fatma Abbasova, Məhərrəm Nəbiyev, Arzu Həsənova, Maşallah Orucov, Mahizər Hətəmova, Şükür Qasımov, Bəhruz Babayev, Sənubər Quluyeva çıxış edərək kənd sakinlərinin içməli  su problemi, məktəbin qəzalı vəziyyətdə olması, uşaq bağçasının təmiri, Sarıcalı-Zolgəran kəndləri istiqamətində 14 yaşayış məntəqəsini əhatə edən, Tərtər çayı üzərində mühüm əhəmiyətli körpünün tikilməsi və digər məsələlərlə bağlı  təklifər irəli sürdülər.

Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər