Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanvermə aksiyası keçirilib

18 noyabr 2021 | 16:00

Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 nəfər könüllü donordan qan götürülüb.

Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan minə yaxın rayon sakini əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Keçidlər