Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun il mərasimi keçirilib

13 noyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  və hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Rzayev Ülfət Novruz oğlu 2001-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Noyabrın 5-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 13-də Tərtər rayonunun Cəmilli kəndində dəfn olunub.

Şəhid Rzayev Ülfət 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,  “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

 

Keçidlər