Tərtərdə Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Abbasov Elvin Şamil oğlu 1992-ci il mayın 6-da Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 11-də Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.
Şəhid Abbasov Elvin 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.