Tərtərdə Vətən müharibəsi şəhidi Surxayzadə Cahangir Hətəm oğlunun il mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində dəfn olunub.
Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra " Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.