Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş mini futbol yarışı keçirilib.

08 noyabr 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Gənclər Mərkəzinin mini futbol meydançasında rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Günü”nə həsr olunan “Dəmir Yumruq” adlı futbol yarışı keçirilib.

Yarışda rayonun 5 ümumtəhsil və 3 UGİŞ məktəbinin şagirdləri mübarizə aparıb.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Zabil Paşayev gənc idmançıları salamlayıb, onlara Azərbaycanın zəfər tarixindən, əldə etdiyi nailiyyətlər və ölkəmizdə futbolun inkişafı barədə məlumat verib.

Yarışda Qaraağacı kənd tam orta məktəbinin komandası III yeri, Soyulan kənd tam orta məktəbində təşkil olunmuş UGİŞ məktəbinin komandası II yeri, Səhləbad kənd tam orta məktəbin komandası isə I yeri qazanmışlar.

Qalib gələn idmançılara  Uşaq Gənclər İdman-Şahmat məktəbi tərəfindən müvafiq diplomlar  təqdim olunmuşdur.

 

Keçidlər