Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir

24 iyun 2014 | 15:00

İyunun 23-də rayonun Gənclər Mərkəzində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Sonra tədbir mərkəzinin akt zalında davam etmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci  müavini Ramiz Şabanov tədbir iştirakçılarını salamlamış, dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etmişdir.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılmış uğurlardan danışmışdır. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladaraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmış, Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə qazanılan uğurlardan bəhs etmişdir.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri  təqdim edilmişdir.

Keçidlər